"Qəbələ" və "Neftçi" finalda

"Qəbələ" və "Neftçi" finalda
ÖLKƏ FUTBOLU 24 Aprel 2014 / 20:54 20929
-  A +

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Qol.Az-ın xəbərinə görə, ilk qarşılaşma paytaxtda baş tutub. "Rəvan" doğma meydanda "Neftçi"ni qəbul edib. "Neftçi"nin meydanında qeydə alınan 1:1 hesabı "Rəvan"ı üstünlüyü sayılsa da, Güvənc Kurtarın komandası bu şansından istifadə edə bilməyib. "Neftçi" rəqibini 3:1 hesabı ilə məğlub edərək finala yüksəlib.

Digər görüş isə Lənkəranda keçirilib. Burada yerli Xəzər Lənkəran" "Qəbələ"ni sınağa çəkib. "Qəbələ" ilk oyunda rəqibini 3:0 hesabı ilə məğlub etdiyi üçün finala vəsiqəni böyük ölçüdə həll etmiş sayılırdı.   "Qəbələ" bu matçda 1:1 hesablı nəticə ilə finala adını yazdırıb. 


Qeyd edək ki, final matçı mayın 22-i Tofiq Bəhrəmov adına respublika stadionunda oynanılacaq. 






24 aprel (cümə axşamı)

Azərbaycan kuboku, yarımfinalın cavab oyunları


19:00. "Xəzər Lənkəran" - "Qəbələ" - 1:1  (İlk oyun - 0:3)
Qollar:
Viktor Mendi, 21 (0:1), Nildo, 54 (1:1)
"Xəzər Lənkəran" mərkəzi stadionu

17:00.
"Rəvan" - "Neftçi" - 1:3  (İlk oyun - 1:1)
Qollar:
Ruslan Qurbanov, 10 (0:1), Varea, 17 (1:1), Flavinyo, 18 (1:2), Bertucci, 54 (1:3)
"Bayıl Arena" stadionu

 

 

Daha çox


Son xəbərlər