"Mourinyo Kurtuaya təzyiq göstərə bilər"

"Mourinyo Kurtuaya təzyiq göstərə bilər"
XƏBƏR 21 Aprel 2014 / 11:19 2162
-  A +

"Atletiko" (Madrid) klubunun futbolçusu Tiaqo Mendeş komanda yoldaşı Tibo Kurtuaya məsləhət verib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi yaydığı xəbərə görə, o deyib ki, "Çelsi"nin baş məşqçisi Joze Mourinyo belçikalı qolkiperi narahat edəcək fikirlər səsləndirə bilər:

"Hamımız Mourinyonu tanıyırıq. O, qələbə qazanmaq üçün Kurtuaya təzyiq göstərə bilər. Mourinyo Kurtuanın bizim üçün önəmli olduğu bilir. Bizi hər rəqib komandanı etmək istədiyi kimi zəiflətməyi planlaşdırır".

Qeyd edək ki, "Atletiko" Çempionlar Liqasının yarımfinal mərhələsində "Çelsi" ilə qarşılaşacaq.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın