Pedro "Barseona"nı "Mançester Yunayted"ə dəyişir

Pedro "Barseona"nı "Mançester Yunayted"ə dəyişir
XƏBƏR 21 Aprel 2014 / 10:43 2357
-  A +

"Barselona"nın futbolçusu Pedro Rodriqes mövsüm başa çatdıqdan sonra Kataloniya klubundan ayrılmağa hazırlaşır.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu mövsüm baş məşqçi Xerardo Martinonun az şans verdiyi oyunçunu "Mançester Yunayted" transfer etmək istəyir.

Bunun üçün ingilis klubunun Kataloniya təmsilçisinə 32 milyon avroluq təklif göndərəcəyi iddia edilir.

Qeyd edək ki, Pedronun meneceri də futbolçunun oyunlarda az iştirak etdiyi üçün xoşbəxt olmadığını deyib. O, hücumçunun "Barsa"dan getməsini mümkün hesab edib.

Daha çox


Son xəbərlər