Arda Turanın "Çelsi" ilə matçda iştirakı dəqiqləşdi

Arda Turanın "Çelsi" ilə matçda iştirakı dəqiqləşdi
XƏBƏR 20 Aprel 2014 / 23:30 2309
-  A +

"Atletiko"nun futbolçusu Arda Turanın Çempionlar Liqasının yarımfinalında "Çelsi" ilə görüşdə oynayacağı dəqiqləşib.

Qol.Az-ın məlumatına görə, bu barədə klub rəsmi saytında yazıb.

 ÇL-in 1/4 finalında "Barselona" ilə matçda zədələnən türk yarımmüdafiəçinin bu gün məşqlərə başladığı bildirilib. Onun London klubuyla qarşılaşmada iştirak edəcəyi açıqlanıb.

Qeyd edək ki, "Atletiko" - "Çelsi" matçı aprelin 22-i, "Visente Kalderon" stadionunda oynanılacaq.

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi