Ronaldodan şad xəbər

Ronaldodan şad xəbər
XƏBƏR 20 Aprel 2014 / 22:25 3383
-  A +

"Real"ın futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının yarımfinalında baş tutacaq "Bavariya" ilə ilk matçda böyük ehtimalla iştirak edəcək.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bir müddətdir zədə səbəbindən yaşıl meydanlardan uzaq qalan portuqaliyalı hücumçu komanda ilə məşqlərə başlayıb.  Onun Münhen təmsilçisiylə görüşə qədər tam hazır olacağı gözlənilir.

Qeyd edək ki, "Real" - "Bavariya" qarşılaşması aprelin 23-ü, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xatırladaq ki, Ronaldo ÇL-in 1/4 finalında "Borussiya" ilə ilk oyunda zədələnmişdi.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi