"Lənkəranda bir xal qazanmaq da pis deyil"

"Lənkəranda bir xal qazanmaq da pis deyil"
XƏBƏR 20 Aprel 2014 / 21:52 2057
-  A +

AZAL-ın baş məşqçisi Tərlan Əhmədov "Xəzər Lənkəran"la 1:1 hesabı ilə bərabərə qaldıqları qarşılaşmanı şərh edib.

Qol.Az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, təbbi ot örtüyündə oynamağın onlar üçün çətin olduğunu deyən çalışdırıcı səfərdə  bir xal qazanmağı pis nəticə hesab etməyib:

“Oyun mübarizə şəraitində keçdi. İlk hissədə sönük oyun oldu. Təbii ot örtüyündə oynamaq bizim üçün çətindir. İkinci hissədə daha çox mübarizə oldu, hər iki komanda qalib gələ bilərdi. Qarşımızda duran məqsəd yaxşı oyun göstərmək və qalib gəlmək idi. “Xəzər Lənkəran” kimi iddialı klubla oyunda səfərdə 1 xal qazanmaq da pis deyil. Futbolçularıma mübarizəyə görə təşəkkür edirəm. Topa daha çox nəzarət etməyə çalışırdıq. Heç-heçəni oyuna görə ədalətli nəticə hesab edirəm. Əsas heyətin 5 futbolçusu bu gün yox idi. Digər futbolçular onları layiqincə əvəzlədi”.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi