Mustafa Dənizli: "Bu, məni narahat edir"

Mustafa Dənizli: "Bu, məni narahat edir"
XƏBƏR 20 Aprel 2014 / 21:31 3479
-  A +

“Maraqlı oyun oldu, komandanın oyunundan, mübarizə əzmindən məmnun qaldım. Qalib gələ biləcəyimiz oyun idi. Ciddi qol imkanlarımız oldu. Rəqib bir neçə imkan yaratdı, onlardan birində qapımızda qol gördük. Komanda şəklində müdafiə olunduqda sadə qollar buraxırıq, bu, məni narahat edir. Futbolçuların qazanmaq istəyi məni ümidləndirdi, səhvlər həmişə olur".

Qol.Az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli Azərbaycan Premyer Liqasının 31-ci turunda AZAL-la oyundan (1:1) sonra deyib.

Türkiyəli çalışdırıcı bütün fikirlərini kubokun cavab oyununa yönəldəcəklərini qeyd edib.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi