Aqil Məmmədov: "Hesab böyük ola bilərdi"

Aqil Məmmədov: "Hesab böyük ola bilərdi"
XƏBƏR 20 Aprel 2014 / 21:16 2076
-  A +

"Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov Azərbaycan Premyer Liqasının 31-ci turunda "Neftçi"yə qalib gəldikləri qarşılaşma (3:1) haqda danışıb.

Qol.Az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, o, komadasının bu matçdakı oyunundan razı qalıb:

"Qələbə həmişə sevindiricidir. “Neftçi” ilə oyunda isə ikiqat sevinclidir. Özüm bu klubda oynamışam, ölkənin ən güclü komandasıdır, “Neftçi”yə qarşı motivasiya başqa cür olur. Komanda yaxşı oynadı, sürət və əks-hücumlar var idi. Hesab böyük ola bilərdi. Komandanı və azarkeşləri təbrik edirəm. “Neftçi”nin müdafiəyə meylli futbolçuları azdır. Biz də bundan istifadə etdik. Rəqibin heyətində həmişə istedadlı futbolçular olub. Öz oyunumuzla layiqli qələbəmizi qazandıq”.


Son xəbərlər