Böyükağa Hacıyev: "Bəzi futbolçuların yerinə olsam, intihar edərdim"

Böyükağa Hacıyev: "Bəzi futbolçuların yerinə olsam, intihar edərdim"
ÖLKƏ FUTBOLU 20 Aprel 2014 / 20:55 6006
-  A +

“Futbolçularıma mənə etdikləri “böyük hədiyyə”yə görə “minnətdaram”. Bu gün mənim 56 yaşım tamam olur. Bunu yadımda saxlayacam. “Sumqayıt” daha yaxşı oynadı. Layiqli qələbə qazandı. Rəqib komandanın gənc futbolçuları bizdən daha istəkli oynadılar".

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Azərbaycan Premyer Liqasının 31-ci turunda "Sumqayıt"a məğlub olduqları oyundan (1:3) sonra deyib.

Mövsümü titulsuz başa vurmaq istəməyən təcrübəli mütəxəssis bildirib ki, əgər “Neftçi”də qalası olsa, kubokun cavab oyunundan sonra yeni komanda yığacaq:

"Köhnələrlə vidalaşmağa çalışacağam. Su bir yerdə çox qalanda iylənər. Heyətə “yeni qan” lazımdır. Kubokda inamlı oynayıb, kuboku qələbə qazanmaq lazımdır. Çempionatda “İnter” də bizdən 3 xal irəlidədir. Mövsümü titulsuz başa vurmaq istəmirəm. Sabahdan “Rəvan”la oyunun hazırlıqlarına başlayacağıq. Bu gün futbolçularımın rəqib qarşısında acizliyini gördüm. Heç kimi qınamıram, günah özümüzdədir. Artıq bu futbolçular “doyub”. Komandamı meydanda tanımadım, oynamaq istəmədilər. Bu gün autsayderə qarşı oynayırıq, sabah isə avrokuboklarda oynayacağıq. Bu komanda ilə çox uzağa getmək olmaz. Bu oyunu yüksək səviyyədə oynamaq lazım idi. “İnter” hal-hazırda yüksəlişdədir, səfərdə “Bakı”nı 4:0 hesabı ilə məğlub etdi".

B.Hacıyev autsayderə 1:3 hesabı ilə uduzmağı özləri üçün biabırçılıq hesab edib:

"Bəzi futbolçuların yerinə olsam, gecə intihar edərdim. Bugünkü nəticə “Neftçi”nin tarixi üçün qara ləkədir".

Bu gün 56 yaşını qeyd edən çalışdırıcı qırmızı vərəqə ilə cəzalandırılan futbolçusu Araz Abdullayevin azarkeşi təhqir etməsinin düzgün olmadığını da bildirib.

Daha çox


Son xəbərlər