Çixradze: "Avroliqaya vəsiqə qazanmaq şansımız var"

Çixradze: "Avroliqaya vəsiqə qazanmaq şansımız var"
GÜNDƏM 20 Aprel 2014 / 20:33 2488
-  A +

"Simurq"un baş məşqçisi Georgi Çixradze Azərbaycan Premyer Liqasının 31-ci turunda lider "Qarabağ"a qalib gəldikləri oyundan (1:0) sonra fikirlərini bildirib.

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis bu qələbə münasibəti ilə futbolçularını təbrik edib. O deyib ki,  komandasının avroliqaya vəsiqə qazanmaq şansı var:

“Bu gün qələbə bizə çox lazım idi. Çünki, psixoloji durumumuzu düzəltməliydik. Çox üstün oyun nümayiş etdirdiyimizi demək olmaz. Buna baxmayaraq, oyunu müdafiədən qurub, rəqibi əks-hüçumlarda yaxalamaq istəyirdik. Standart vəziyyətdən sonra qolu vurduq. Qələbəyə görə uşaqları təbrik edirəm. Praktiki cəhətdən çətin olsa da, nəzəri cəhətdən avroliqaya vəsiqə qazanmağa şansımız var. Bütün oyunlarda qələbə qazanmağa çalışacağıq”.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord