Qurban Qurbanov: "Bu oyuna görə narahat idim"

Qurban Qurbanov: "Bu oyuna görə narahat idim"
ÖLKƏ FUTBOLU 20 Aprel 2014 / 20:19 4342
-  A +

”Oyun haqqında deyiləsi o qədər də çox fikir yoxdur. Desəm ki, “Simurq”, yaxud da biz güclü oynadıq, düz çıxmaz. Sadəcə olaraq, bir standart vəziyyətdən yararlandılar. Bir neçə gün öncə bu oyuna görə narahat idim. Məğlub olmağı haqq edirdik. Qarşıdakı oyuna hazırlaşmaq lazımdır".

Qol.Az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 31-ci turunda "Simurq"a 0:1 hesabı ilə məğlub olduqları matçdan sonra deyib.

O, suni ot örtüyü və hava şəraitinin, istər-istəməz, oyuna təsir etdiyini bildirib:

"Amma, bu, məğlubiyyətin səbəbi olmadı. Rəqib komandanı təbrik edir, qarşıdakı oyunlarda uğurlar arzu edirəm”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı