"Bakı"nın futbolçusu Rəhim Həsənova kəllə vurdu

"Bakı"nın futbolçusu Rəhim Həsənova kəllə vurdu
XƏBƏR 20 Aprel 2014 / 16:37 3966
-  A +

Azərbaycan Premyer Liqasının hazırda davam edən "Bakı" - "İnter" matçında xoşagəlməz hadisə baş verib.

Qol.Az-n xəbərinə görə, görüşün 72-ci dəqiqəsində kobud oyuna görə, sarı vərəqə ilə cazalandırılan meydan sahiblərinin müdafiəçisi Araujo Santos hakimin qərarına kəskin şəkildə etiraz edib. Baş hakim Rəhim Həsənov isə ona bu etirazınına görə qırmızı vərəqə göstərib. Əsəblərini cilovlaya bilməyən braziliyalı futbolçu Rəhim Həsənova kəllə vurub. 

Qeyd edək ki, bu hərəkətə görə AFFA-nın İntizam Komitəsi futbolçuya ağır cəza verə bilər.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı