PSJ Fransa kubokunu qazandı

PSJ Fransa kubokunu qazandı
GÜNDƏM 20 Aprel 2014 / 11:34 2414
-  A +

Futbol üzrə Fransa kubokunun yeni sahibi məlum olub.

Qol.Az-ın məlumatına görə, həlledici görüşdə "Lion" və PSJ klubları üz-üzə gəlib.

Edinson Kavanini matçın 3 və 33-cü dəqiqlərində vurduğu qollarla komandasını hesabda irəli çıxarıb. "Lion" isə bu qollardan yalnız birinin əvəzini çıxa bilib. Beləliklə PSJ 2:1 hesabı ilə qalib gələrək kuboku başı üzərinə qaldırıb. Paris klubu bu qələbə ilə həmçinin Fransa kubokunu ən çox qazanan komanda olub.

Qeyd edək ki,  PSJ 1995, 1998 və 2008-ci illərdə kuboka sahib olub.



19 aprel

Fransa kuboku, final

"Lion" - PSJ - 1:2
Qollar:
Kavani, 3 (0:1), 33 (0:2), Lakazette, 56 (1:2)

Daha çox


Son xəbərlər